Son dəqiqə

Beynəlxalq Konkisürmə Birliyi Azərbaycan Milli Olimpiya Komitəsi Milan-Kortina-2026 Qış Olimpiya Oyunları Ermənistanı təmsil edən idmançılar Karina Akopova Nikita Raxmani Beynəlxalq Olimpiya Komitəsi (IOC)

MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələndi

BAKI, TurkicWorld

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) "Milan-Kortina-2026" Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən idmançılar Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda "Arsax" adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

Komitədən TurkicWorld-ə verilən məlumata görə, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançıların bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı onların istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Mövzuya görə xəbərlər