Son dəqiqə

Ölkə üzrə heyvanlarda dabaq və qarayaraya qarşı peyvəndləmə aparılır Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər başlayıb Aqrar Xidmətlər Agentliyi peyvəndləmə kampaniyasına start verib Heyvanlar arasında epizootik sabitliyin qorunması üçün tədbirlər görülür İri və xırdabuynuzlu heyvanlar peyvənd olunur Azərbaycanda heyvan xəstəliklərinə qarşı ödənişsiz peyvəndləmə

Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən cari ilin "Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq Respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.

TurkicWorld xəbər verir ki, peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.

Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Agentlik xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına risklər yarada bilər.

Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə ödənişsiz həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Respublika ərazisində epizootik vəziyyət sabitdir.