Son dəqiqə

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaş qəbulu keçirdi Xocalıda fermerlərin müraciətləri dinlənildi Sərdar Hacıyev işğaldan azad edilmiş ərazilərdə təsərrüfatlara baxış keçirdi Xocalı rayonunda aqrar inkişafla bağlı qəbul təşkil olundu Fermerlərin problemləri Xocalıda yerində araşdırıldı Aqrar sahənin inkişafı Xocalıda müzakirə edildi

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

BAKI, TurkicWorld

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Xocalı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən təsərrüfatların yaradılması və genişləndirilməsinə dəstək, bağ sahələrinin icarəyə verilməsi, əkin sahələrinə su xəttinin çəkilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat, süni mayalanma texniklərinin hazırlanması və digər məsələlərlə bağlı olub.

AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə fəaliyyət göstərən istehsalçıların rifah halının yaxşılaşdırılmasına və bu sahənin ölkə üzrə inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar isə doğma yurdlarında yaşamaqdan məmnunluqlarını ifadə edərək, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı da iştirak edib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Agentliyin sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Məmmədov Fəxri Seymur oğluna, eləcə də Daşbulaq kəndində Əliyev Kərim Bakir oğluna məxsus heyvandarlıq təsərrüfatlarına baxış keçirib və baramaçılığın inkişafı məqsədilə “İntensiv tipli tut bağı” layihəsi çərçivəsində görülmüş işlərlə tanış olub, təsərrüfat rəhbərləri ilə görüşüb.

Görüşlər zamanı heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi, tut plantasiyalarında həyata keçirilən aqrotexniki tədbirlər, həmçinin fermerlərə göstərilən aqrar xidmətlər barədə fikir mübadiləsi aparılıb, təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.