Son dəqiqə

Bakı Metropoliteni və Stadler arasında əməkdaşlıq müzakirə edilib Bakı metrosu üçün 300 yeni vaqonun alınması gündəmdə Bakı Metropolitenində CBTC sisteminin tətbiqi planlaşdırılır Stadler Bakı metrosu ilə texnoloji əməkdaşlığa hazırdır Bakı metrosunun inkişafı üzrə beynəlxalq tərəfdaşlıq genişlənir 2025–2030 Dövlət Proqramı çərçivəsində metro layihələri

“Bakı Metropoliteni” və “Stadler Rail Group” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BAKI,TurkicWorld

AZCON Holdingə daxil olan “Bakı Metropoliteni” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında əməkdaşlıq imkanlarına dair görüş keçirilib.

TurkicWorld xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov və “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub. Görüş zamanı minimum istismar xərclərinə malik təxminən 300 yeni vaqonun alınması məsələsi diqqət mərkəzində olub və layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Tərəflər, həmçinin, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemlərinin, o cümlədən CBTC texnologiyasının Bakı metrosunda yaradacağı müsbət təsirlər ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, bu istiqamətdə cari ilin sonunda tenderin elan olunması, layihənin icrasının isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.

Görüşdə Peter Şpuler “Stadler Rail Group” şirkətinin müxtəlif ölkələrdə reallaşdırdığı layihələr, həmçinin müasir dəmir yolu və metro texnologiyaları sahəsində əldə etdiyi təcrübələr barədə məlumat verib. O, bu bilik və texnoloji imkanların Bakı Metropoliteni ilə bölüşülməsinə hazır olduqlarını bildirib.