Son dəqiqə

Dünya Bankı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi Məşğulluğa Dəstək Layihəsi

“Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsi başlayıb

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının bizneslərini genişləndirmələrinə dəstək məqsədilə icra olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsinə başlanıb.

TurkicWorld xəbər verir ki, ümumilikdə, müsabiqəyə 513 proqram iştirakçısı müraciət edib. Əvvəlcədən müəyyənləşdirilmiş meyarlar əsasında seçim aparılaraq 259 şəxs ikinci mərhələdə iştirak şansı qazanıb.

Müsabiqənin ikinci mərhələsinə keçmiş benefisiarlar:

  • biznes planı doldurmalı;
  • zərflər üzrə avadanlıqları seçməli;
  • biznes planı imzalamalıdırlar.

Müraciət üçün son tarix: 26 fevral 2026-cı il

Biznes planın doldurulmasında və ya göndərilməsində çətinlik çəkən benefisiarlar Agentliyin Regional Məşğulluq filialları, (və ya Xidmət şöbələrinə) o cümlədən DOST mərkəzlərinə müraciət edə bilərlər.

2-ci mərhələyə keçmiş benefisiarların siyahısı.

Biznes plan yazmaq və əlavə avadanlıq seçmək üçün keçid:

https://survey.sosial.gov.az/index.php/455696?lang=a

Mövzuya görə xəbərlər