Son dəqiqə

Quba öğretmenlerinin ulusal başarısı kayda geçti Sivil toplum kuruluşları YURD takımını onurlandırdı YURD takımı ulusal birincilikle takdir topladı Quba’da entelektüel başarılar resmi törenle değerlendirildi Hamsa Zeka Oyunları şampiyonu YURD takımı ödüllendirildi Quba öğretmenlerinden oluşan YURD takımı için resmi toplantı düzenlendi Quba müəllimlərinin respublika səviyyəli nailiyyəti qeyd olunub QHT-lər YURD komandasının intellektual uğurlarını qiymətləndirib YURD komandası respublika birinciliyi münasibətilə mükafatlandırılıb Qubada intellektual nailiyyətlərə həsr olunmuş rəsmi tədbir təşkil edilib Xəmsə İntellektual Oyunlarının qalibi YURD komandası təltif olunub Quba müəllimlərindən ibarət YURD komandası ilə rəsmi görüş keçirilib

Quba müəllimlərindən ibarət YURD komandası ilə rəsmi görüş keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Quba rayonunda intellektual nailiyyətləri ilə respublika səviyyəsində fərqlənən Xəmsə İntellektual Oyunlarının Respublika birincisi olan YURD komandası ilə rəsmi görüş təşkil olunub.

TurkicWorld xəbər verir ki, görüş İnnovativ İnkişafa Dəstək İctimai Birliyi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi, QHT-nın Regional Resurs Mərkəzi İctimai Birliyi və “YURD” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşəbbüsü ilə keçirilib.

Görüş zamanı komanda üzvlərinin intellektual yarışlara hazırlıq prosesi, əldə olunan nəticələr və qələbəyə aparan mərhələlər ətrafında müzakirələr aparılıb. Tədbirdə çıxış edən QHT nümayəndələri YURD komandasının əldə etdiyi uğurların təhsil və intellektual inkişaf sahəsində mühüm nümunə olduğunu qeyd ediblər.

Tədbirin sonunda YURD komandasının bütün üzvlərinə Quba rayonunda fəaliyyət göstərən QHT sədrləri tərəfindən imzalanmış və möhürlənmiş sertifikatlar təqdim olunub. Komandanın əsas təşkilatçısı və kapitanı Ramin Mahmudov isə göstərdiyi təşkilati fəaliyyət və əldə olunan nəticələrə görə xüsusi plaketlə təltif edilib.

Qeyd olunub ki, YURD komandası bilik, kollektiv məsuliyyət və sistemli yanaşma əsasında əldə edilən uğurun mümkünlüyünü nümayiş etdirərək, region gəncləri üçün nümunəvi model formalaşdırıb.