BAKI, TurkicWorld
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Bu məlumat TurkicWorld-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib.
Onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
2025-ci ildə 18,4 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 343 min şəxsə peşəyönümü xidmətlər göstərilib.






