BAKI,TurkicWorld
Layihə çərçivəsində məktəbdən seçilmiş 40 nəfər şagird üçün dram klub yaradılacaq.
TurkicWorld xəbər verir ki, daha sonra klub iştirakçıları ilə dram məşqləri və tətbiqyönlü təlimlər həyata keçirilərək onların stress və emosiyaların idarə edilməsi, effektiv ünsiyyət, nitq, komanda ilə iş, çevik uyğunlaşma və özünəinam kimi bacarıqlarının inkişafına dəstək veriləcək.
Xatırladırıq ki, “Özünü ifadə et!” qrant layihəsi Mehriban Alşanova Sadıx qızı tərəfindən Bakı şəhəri 133 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.
Layihənin məqsədi şagirdləri dram məşqlərinə cəlb etməklə təhsil mühitində onların özünüifadə və əməkdaşlıq kimi həyati bacarıqlarını artırmaqdır.







