Son dəqiqə

Azərbaycan Bakı

“İncəsənət Körpüsü” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

BAKI,TurkicWorld

Layihə çərçivəsində 13–15 yaşlı şagirdlər üçün gitara kurslarının təşkili nəzərdə tutulur.

TurkicWorld xəbər verir ki, bu məqsədlə 32 şagird gitara dərslərinə cəlb olunacaq, təlimlər vasitəsilə onların musiqi bacarıqları ilə yanaşı diqqət və fokuslanma, özünəinam, özünüifadə, zaman idarəetmə, əməkdaşlıq və komanda işi kimi həyati bacarıqlarından ən azı 3-nün inkişafına yönəlmiş praktiki fəaliyyətlər həyata keçiriləcək.

Xatırladırıq ki, “İncəsənət Körpüsü” qrant layihəsi Dürdane Əsgərova Talıb qızı tərəfindən 150 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.

Layihənin məqsədi gitara kursları vasitəsilə şagirdlərdə həyati bacarıqları inkişaf etdirərək onların təhsil mühitinə adaptasiya olmasına dəstək olmaqdır.

Mövzuya görə xəbərlər