Son dəqiqə

Azərbaycan İtaliya Bakı iqtisadi və ticari əlaqələr

Azərbaycan ilə İtaliya 2026-2027-ci illərdə 65 tədbir həyata keçirəcək

BAKI,TurkicWorld

Azərbaycan ilə İtaliya arasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbir həyata keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında məlumat verilib.

Bildirilib ki, müzakirələr zamanı siyasi əməkdaşlıq, ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı aktual məsələlər nəzərdən keçirilib.

Məlumata əsasən, 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrası nəzərdə tutulur.

Mövzuya görə xəbərlər