Avropa İttifaqı Çin Avropa ikitərəfli əməkdaşlıq İkitərəfli görüşlər

Çin və Aİ elektromobil ixracı üzrə qaydalarla bağlı razılığa gəlib

BAKI,TurkicWorld

Çinin Ticarət Nazirliyi Avropa Birliyi ilə (Aİ) Çin elektrikli nəqliyyat vasitələri ixracatçılarının Aİ bazarına daxil olması üçün qaydalara ehtiyac barədə razılığa gəldiyini açıqlayıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Məlumata görə, Aİ elektrikli nəqliyyat vasitələri üçün minimum qiymət planlarını "obyektiv və ədalətli şəkildə, ayrı-seçkiliyə yol verilməməsi prinsipi və Ümumdünya Ticarət Təşkilatının müvafiq qaydalarına uyğun olaraq" əks etdirən sənəd dərc edəcək.

Pekin bu irəliləyişi ikitərəfli məsələlərin dialoq yolu ilə həllinə hazır olduğunu və iqtisadi-ticarət əlaqələrinin sağlam inkişafını təmin etmək niyyətini göstərən addım kimi qiymətləndirib.

Qeyd edək ki, Çin və Aİ arasında elektromobillərlə bağlı gərginlik Aİ-nin Çini yerli istehsalçılara "ədalətsiz" subsidiyalar verməkdə ittiham etməsindən sonra yaranıb. Aİ bu üstünlüklərin Avropa istehsalçıları ilə rəqabəti pozduğunu bildirərək 2024-cü ilin dekabrında Çindən elektromobil idxalına kompensasiya rüsumları tətbiq edib.

Mövzuya görə xəbərlər