Son dəqiqə

Azərbaycan Daxili İşlər Nazirliyi Bakı Ağıllı svetoforlar Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu kəsişmədə sürücülərin daha rahat görmələri üçün yeni svetoforlar quraşdırıldı.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində yeni svetoforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud svetofor obyektləri və dirəklərinin yenisi ilə əvəzlənməsi işləri davam etdirilir.

Bu məqsədlə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində olan köhnə nəqliyyat və piyada svetoforları yenilənib, dublyor svetoforlar quraşdırılıb. Bunlarla yanaşı, kəsişmədə daha hündür “L” və "A" tipli dirəklərin quraşdırılması ilə svetoforların görünmə dairəsi genişləndirilib.

Mövzuya görə xəbərlər