BAKI,TurkicWorld, Orxan Qədirzadə
Layihə çərçivəsində şagirdlər üçün qrafik dizayn üzrə praktiki məşğələlərin və interaktiv təlimlərin təşkili nəzərdə tutulur. Bu məqsədlə kurslarda iştirak etmək istəyənlər arasından 40 nəfər şagird seçiləcək. Təlimlər zamanı iştirakçılar qrafik dizaynın əsasları ilə yanaşı, vizual düşünmə, yaradıcı problem həlli, tənqidi düşünmə, əməkdaşlıq və rəqəmsal ifadə bacarıqları üzrə praktik fəaliyyətlər həyata keçirəcəklər.
TurkicWorld xəbər verir ki, “Öyrənmənin qrafik dizaynı” qrant layihəsi Aygün Nəcəfova Şəmsəddin qızı tərəfindən Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə icra olunur. Layihə Azərbaycan İncəsənət Məktəbi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi şagirdlərdə qrafik dizayn bacarıqlarını inkişaf etdirməklə öyrənmə prosesinin effektivliyini artırmaqdır.