Son dəqiqə

Vergi Məcəlləsi

2026-cı ildə ölkə üzrə yaşayış minimumu 5,3 %-dək artırılıb

BAKI,TurkicWorld

2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilib.

TurkicWorld-ün məlumatına görə, bu məsələ bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Qanunda öz əksini tapıb.

Qanuna əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.

Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumu 15 manat, yəni təxminən 5,26 % artırılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Mövzuya görə xəbərlər