Son dəqiqə

Vergi Məcəlləsi

Bu gündən buraxılış tarixi 7 ili ötən avtomobillərin aksiz dərəcəsi ilə bağlı yeni qayda tətbiq ediləcək

BAKI,TurkicWorld

İstehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyat vasitələrinin Azərbaycana idxalı zamanı hesablanan aksiz məbləğinə tətbiq olunan yüksəldici əmsallar artırılıb.

TurkicWorld-ün məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 0,3 əmsal artırılaraq 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 0,5 əmsal artırılaraq 2,0 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Mövzuya görə xəbərlər