Son dəqiqə

Azərbaycan AZAL Bakı Bakı–Qroznı reysi Embraer 190-100 IGW təyyarəsi

Hökümənin ölüm xəbərini qəbul edə bilmirdim - Anası

BAKI, TurkicWorld, Abdulvahhab ƏləskərovH

ökümə uçuşdan əvvəl axşam bizə zəng etdi. Qardaşının balaca övladı ilə danışdı.

TurkicWorld xəbər verir ki, bunu Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

“Qızım səhəri günü uçuşun olacağını bizə deməmişdi. Səhəri günü faciə xəbərini aldıq. Bu, çox ağır idi. Balamın ölüm xəbərini eşitmək qəbuledilməz idi".

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Mövzuya görə xəbərlər