Son dəqiqə

Azərbaycan Ümumilli Lider Heydər Əliyev Anım günü

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edir

BAKI,TurkicWorld

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 22 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini dərin ehtiramla anırlar.

TurkicWorld xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - qazilər, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları var. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzür, işıqlı xatirəsi önündə baş əyirlər.

Hazırda insanların Fəxri xiyabana axını davam edir.

FOTO: Arif Quluzadə

Mövzuya görə xəbərlər