Son dəqiqə

Azərbaycan Bakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Süni intellekt Süni İntellekt Akademiyası AZCON Holding

Bakıda “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” adlı tədbir keçirilir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bakıda Süni İntellekt Akademiyasında media nümayəndələri üçün “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” adlı tədbir keçirilir.

TurkicWorld xəbər verir ki, tədbir "AZCON Holding"ə daxil olan Milli Süni İntellekt Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı baş tutur.

Tədbirin məqsədi yeni qəbul olunmuş dövlət süni intellekt standartlarının media sektoru üçün izahı və onların tətbiqi ilə bağlı əsas məqamların çatdırılmasıdır.

Jurnalistlər, redaktorlar və PR mütəxəssisləri üçün nəzərdə tutulan görüşdə standartların ümumi strukturu, Azərbaycanın beynəlxalq standartlaşdırma prosesində rolu və yerli ekosistemdə tətbiq istiqamətləri barədə məlumat veriləcək.

Mövzuya görə xəbərlər