BAKI,TurkicWorld
Dekabrın 10-da SOCAR-ın prezidenti Rövşən Nəcəf "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
TurkicWorld bu barədə SOCAR-a istinadən xəbər verir.
Görüşdə SOCAR ilə "Saipem S.p.A." şirkəti arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. "Saipem S.p.A." şirkəti tərəfindən ölkəmizdə icra edilən layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.







