Son dəqiqə

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Dövlət Məşğulluq Agentliyi Məşğulluq Məşğulluğa Dəstək Layihəsi

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 5 mindən çox şəxsi işlə təmin edib

BAKI,TurkicWorld

Cari ildə əlilliyi olan 1261 şəxs üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

TurkicWorld xəbər verir ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ilə yanaşı, onların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluğunun təminatı istiqamətində də mühüm işlər aparılır.

Bu işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi cari ildə əlilliyi olan daha 5505 nəfər şəxsi işlə təmin edib.

Özünüməşğulluq proqramının icrasında digər həssas qruplar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu il də Agentlik tərəfindən əlilliyi olan 1261 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili həyata keçirilir. Agentlik tərəfindən Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, digər müxtəlif təşkilatlar, ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq edilməklə əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursları təşkil olunur.

Cari ildə əlliliyi olan 458 nəfər şəxs peşə kurslarına cəlb olunub. Kursları başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib.

Mövzuya görə xəbərlər