Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi Həssas əhali qrupları Görmə qabiliyyəti məhdudluğu olan şəxslər sosial reabilitasiya

Bu il Sosial Xidmətlər Agentliyi gözdən əlilliyi olan 30-a yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu il 28 nəfər gözdən əlilliyi olan şəxsə xidmət göstərilib.

TurkicWorld xəbər verir ki, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə 5-29 yaşlı şəxslər qəbul edilir.

Benefisiarlar burada sosial, tibbi, pedaqoji, idman və psixoloji reabilitasiya xidmətlərinə cəlb olunurlar. Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslərə brayl əlifbası və əl ağacından istifadə öyrədilir, ayaq hissiyyatının artırılması istiqamətində işlər aparılır.

Gözdən əlilliyi olan şəxslər asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra fəaliyyətlərə də cəlb olunurlar. Onlar üçün müxtəlif ekskursiyalar təşkil edilir, təlimlər keçilir.

Mövzuya görə xəbərlər