Son dəqiqə

Azərbaycan Xarici İşlər Nazirliyi Bakı Konstitusiya günü Konstitusiya və Suverenlik İli

XİN Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

BAKI,TurkicWorld

Xarici İşlər Nazirliyi Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Bu gün – 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Azərbaycan Konstitusiyası müstəqilliyimizin, dövlətimizin suverenliyinin və milli birliyimizin rəmzidir. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, dövlətçiliyimizə və azadlığımıza daim sədaqət arzulayırıq. Konstitusiya və suverenlik ilimiz mübarək!", - paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər