Son dəqiqə

Heydər Əliyev Fondu Leyla Əliyeva IDEA İctimai Birliyi Arzu Əliyeva AZƏRTAC Art Weekend Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy incəsənət festivalı Alena Əliyeva

Art Weekend çərçivəsində Nəfəs – söz və səsin vəhdəti adlı növbəti layihənin təqdimatı keçirilib

BAKI, TurkicWorld

YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən "Nəfəs – söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı olub.

TurkicWorld xəbər verir ki, tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.

Performansın fəlsəfəsindən danışan N. Həsənzadə qeyd edib ki, layihə mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirir.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Art Weekend" festivalı ilk dəfə olaraq Bakıda reallaşır və noyabrın 2-dək davam edəcək.

Mövzuya görə xəbərlər