Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Ağdərə

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək - MN

BAKI, TurkicWorld

Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat yayıb.

Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

Mövzuya görə xəbərlər