Son dəqiqə

Azərbaycan Malayziya Malayziya Mədəni Təhsil Sərgisi Malayziya-Azərbaycan

Malayziyada 100% təqaüdlə təhsil fürsətləri Bakıda təqdim olunacaq

BAKI, TurkicWorld

Bakıda Malayziyada 100% təqaüdlə təhsil imkanları nəzərdə tutulmuş sərgi keçiriləcək.

TurkicWorld xəbər verir ki, 26–27 aprel tarixlərində Radisson by Park Inn otelində Malayziya Təhsil Sərgisi keçiriləcək.

Tədbir çərçivəsində iştirakçılar Malayziyada 100%-lik təqaüdlə təhsil, uyğun yaşam qiymətləri və yüksək işədüzəlmə imkanları barədə ətraflı məlumat əldə edə biləcəklər.

Sərgi, eyni zamanda ekzotik Malayziya mətbəxini dadmaq və dünyanın 10-cu ən təhlükəsiz ölkəsində təhsil imkanlarını öyrənmək üçün nadir fürsət yaradır. Tədbirdə yalnız IELTS nəticəsi ilə qəbul edilən universitetlər, multikultural cəmiyyətin üstünlükləri və 150-dən çox ölkədən olan tələbələrlə şəbəkələşmə perspektivləri təqdim olunacaq.

Malayziya universitetlərinin bəziləri 2025–2026-cı illər üzrə Xaricdə Təhsil Dövlət Proqramına da daxil edilib. Təhsil sərgisində iştirak ödənişsizdir.

Əlavə məlumat və qeydiyyat üçün link:
https://forms.gle/zAp5LctUTm43rT4w8

Əlaqə:
+051 897 48 48
+051 830 53 53

Mövzuya görə xəbərlər