Son dəqiqə

Məzahir Pənahov

Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - Məzahir Pənahov

Bakı, TurkicWorld

Təxminən 70 mindən artıq müşahidəçi qeydə alınıb. Min məntəqədə isə veb-kamera fəaliyyət göstərəcək.

TurkicWorld xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib

O bildirib ki, media nümayəndələri də Azərbaycanın bütün bölgələrində seçkidə fəal iştirak edə biləcəklər:

"Hesab edirəm ki, seçkinin keçirilməsində aşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik", - MSK sədri əlavə edib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.

Mövzuya görə xəbərlər