Bakı, TurkicWorld
Şəhərətrafı qəsəbələrdən Bakıya səfərlər üçün vahid nəqliyyat həlli tələb olunur.
TurkicWorld xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
"Şəhərətrafı qəsəbələrdən Bakıya səfərlərin 97%-i avtomobillə (səyahətlərin 49%-i) və avtobusla (səyahətlərin 48%-i) həyata keçirilir, bu səbəbdən vahid nəqliyyat həlli tələb olunur", - o bildirib.
Onun sözlərinə görə, bu rəqəm dəmir yolu ilə (18 min, 3 %), avtobus (310 min, 48 %) avtomobillə isə (324 min,49 %) olub.