Son dəqiqə

Medianın İnkişafı Agentliyi

Media savadlılığı - məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır - İsmət Səttarov

Bakı, TurkicWorld

Hazırki informasiya məkanında, məlumat bolluğu şəraitində doğru, etibarlı, qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağa xüsusi ehtiyac var.

TurkicWorld xəbər verir ki,bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov "Media Savadlılığı" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, media savadlılığı - ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır.

"İnformasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasını təşkil edir.

Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə nəinki jurnalistlər üçün eyni zamanda hər kateqoriyadan insan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində özünə yer alması çox mühümdür.

Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrildiyini deyə bilərik",- deyə İ.Səttarov bildirib.

Mövzuya görə xəbərlər