Son dəqiqə

Azərbaycan Dəmir Yolları QSC

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı, TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq üçün 17 və 18 avqust tarixlərində əlavə reyslər təyin edir.

TurkicWorld bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, bu xətt üzrə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hərəkət edən qatarlarımızla hər iki istiqamətdə səfər edə bilərsiniz.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Mövzuya görə xəbərlər