Son dəqiqə

İran

İrandan ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakı, TurkicWorld

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə TurkicWorld-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində avqust ayının 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mövzuya görə xəbərlər