Son dəqiqə

Nazirlər Kabineti Əli Əsədov

Nazirlər Kabineti bu sənədlərin siyahısında dəyişiklik edib

Bakı, TurkicWorld

Nazirlər Kabineti 4 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nda dəyişiklik edib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənəd təqdim edən şəxslərə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) ilə yanaşı onların övladları da aid edilib.

Mövzuya görə xəbərlər