Son dəqiqə

Milli Məclis Seçki Məcəlləsi

Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilib

Bakı. TurkicWorld:

Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir.

TurkicWorld-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq bu gün keçirilən iclasında müzakirə edilən Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Məlum olduğu kimi, 1 sentyabr 2018-ci ildən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir.

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin "verilmə tarixi" deyil "etibarlılıq müddəti göstərilir.

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranmışdır. Bu məqsədlə "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsi hazırlanıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mövzuya görə xəbərlər