Son dəqiqə

Milli Məclis

Bu bələdiyyələrin dövlətə borcunun silinməsi təklif edilir

Bakı, TurkicWorld

Dövlətə borcu olan və ləğv olunan bələdiyyələrə güzəştlərin olunması təklif edilir.

TurkicWorld-in məlumatına görə, bu təkliflə deputat Kamran Bayramov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü bu gün keçirilən iclasda çıxış edib.

O qeyd edib ki, bəzi bələdiyyələrin dövlətə xeyli borcu var.

"Borcu olan və ləğv olunan bələdiyyələrdə dotasiyaların verilməsində müəyyən güzəştlər olsa yaxşı olar. Borcların ödənilməsinin həlli üçün tədbirlər görülməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" qanun layihələrinə əsasən, 1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək.

Mövzuya görə xəbərlər