Laçın. TurkicWorld:
Azərbaycan hökuməti 2026-cı ilədək Laçına 5 mindən çox sakini qaytarmağı planlaşdırır.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsində konfransda deyib.
"2026-cı ilin sonunadək Laçına 5 mindən çox insanın repatriasiyasını planlaşdırırıq. 2035-ci ilədək Laçın əhalisi bütünlükdə təqribən 12000-13000 nəfər olacaq", - o deyib.
M.Məmmədov həmçinin qeyd edib ki, xüsusən rayonun Azərbaycanın 10 ən böyük rayonları syiahısına daxil olduğunu nəzərə alsaq, Laçında mina problemi sakinlər və biznesin aparılması üçün ciddi maneə təşkil edir.
"Bugünədək Laçın şəhərinə 2 minə yaxın sakin qayıdıb. Burada 500-dən çox yeni ev və 150-dən çox yeni yaşayış kompleksi inşa olunub", - deyə o əlavə edib.
Qeyd edək ki, aprelin 24-də Laçında 30 ölkədənn 64 nüfuzlu ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsində konfrans öz işinə başlayıb.
ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi konfransda akademiklər, keçmiş səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri dayanıqlı inkişaf və "yaşıl" enerji sahəsində təcrübələrini bölüşüblər.
Aprelin 23-də onlar ADA Universitetində "COP29 və Azərbaycana Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.