Paris-2024: Bütün iştirakçılar müəyyənləşdi

Paris-2024: Bütün iştirakçılar müəyyənləşdi

Bakı. TurkicWorld:

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qadın futbolçulardan ibarət milli komandaların siyahısı müəyyənləşib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Fransa paytaxtında 12 yığma mübarizə aparacaq.

Olimpiadanın mükafatlarına Avstraliya, Braziliya, Kanada, Kolumbiya, Fransa, Almaniya, Yaponiya, Yeni Zelandiya, Nigeriya, İspaniya, ABŞ və Zambiya iddia edəcək. Futbol yarışlarına iyulun 24-də, Paris-2024-ün açılışından iki gün əvvəl start veriləcək.

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. Lakin futbol matçları digər şəhərlər – Bordo, Marsel, Lion, Nant, Nitsa və Sent-Etyendə də baş tutacaq.