Parisdə bıçaqlı hücum olub

Parisdə bıçaqlı hücum olub

Bakı. TurkicWorld:

Fransanın paytaxtı Paris şəhərində yerləşən Lyon vağzalında bıçaqlı hücum olub.

TurkicWorld xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb, birinin vəziyyəti ağırdır.

Məlumata əsasən, hücumdan sonra bir nəfər şübhəli şəxs saxlanılıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, Parisdə daha əvvəl də bir neçə bıçaqlanma hadisəsi baş verib. 2023-cü ilin dekabr ayında Eyfel qülləsi yaxınlığında baş verən hücumda üç turist bıçaqlanıb, biri həyatını itirib.

X: Lamanasadli01