2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik məlumatlarını ehtiva edən USB stik oğurlanıb

2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik məlumatlarını ehtiva edən USB stik oğurlanıb

Bakı. TurkicWorld:

Fransanın paytaxtı Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı təhlükəsizlik məlumatlarının olduğu USB yaddaşın olduğu çanta itib.

TurkicWorld-un məlumatına görə, Fransanın Şimal vağzalında Paris bələdiyyəsi əməkdaşının çantası qatarda oğurlanıb.

Çantanın içində iki USB disk və bir iş kompüterinin olduğu paylaşılıb. Qatardan düşən zaman çantasının oğurlandığını görən bələdiyyə işçisi şikayət edib. Sözügedən USB disklərdən birində 2024-cü il Paris Olimpiadası üçün təhlükəsizlik planları var idi.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli mətbuat bu vəziyyətin Olimpiada üçün təhlükəsizlik zəifliyi yaradıb-yaratmayacağı məsələsini gündəmə gətirib. Olimpiada zamanı Paris bələdiyyəsinə bağlı iki minə yaxın bələdiyyə polisinin xidmətdə olacağı gözlənilir.

Paris 2024 Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.