Əl-Muazzam,Səudiyyə Ərəbistanının ən möhtəşəm qalalarından biri

Əl-Muazzam,Səudiyyə Ərəbistanının ən möhtəşəm qalalarından biri

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanı Təbuk bölgəsindəki Əl-Müəzzəm qalası İslam memarlıq abidəsidir. Bu qala İslamın ilkin dövrlərindən etibarən,zəvvarlara xidmıət göstərmək məqsədilə inşa edilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Qala hicri 1031-ci ildə (miladi 1622-ci il) zəvvarların və ümrə ziyarətçilərinin istirahəti üçün məntəqə kimi yaradılmışdır. O, həm də Mədinə və Məkkəyə gedən yolu qorumaq üçünhərbi kazarmaların qərargahı kimi xidmət edirdi.

Ümumi sahəsi 10 min kvadratmetrdir və düzbucaqlı formada tikilib. Qalanın ortasında geniş həyət otaqları, pilləkənlər və yuxarı otaqlara keçidlər var.

Daxili dəhlizlətri , iki mərtəbəsi olan qalanın tikintisi üçün zərif daşlardan istifadə edilmişdir. Onun dörd fasadında bir vaxtlar qalanın müdafiəsi üçün istifadə edilən kiçik nəfəsliklərdən başqa heç bir pəncərə yoxdur.

Buraya Əl-Müəzzəm gölməçəsi və Hicaz dəmir yolu stansiyası daxildir. Dörd bünövrə üzərində inşa edilən tikilinin inşasında, qırmızı-sarı oyma daşdan istifadə edilmişdir.