Bakı. TurkicWorld:
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
TurkicWorld xəbər verir ki, konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirak edir.
Konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də iştirak edir.
Konfrans çərçivəsində keçiriləcək plenar iclaslara və bölmə iclaslarına aşağıdakılar daxildir:
Plenar (A) Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış, Çıxış sessiyaları (B) Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi:
İslamofobiyanın yenidən nəzərdən keçirilməsi; (B1) İctimai rəyin formalaşdırılması:
rəqəmsal islamofobiya; (C) Ali təhsil kontekstində islamafobiya ilə mübarizə;
Plenar (D) Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları;
Çıxış sessiyaları (E) Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması; (E1) qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları; (F) Cinsiyyətli İslamofobiyanın Matrisi Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət.
Qeyd edək ki, 15 mart tarixinin "Islamofobiya ilə mübarizə günü" olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "Islamofobiya ilə Beynəlxalq Mübarizə Günü" kimi qəbul edib.