Son dəqiqə

Laçın

Uşaqlıq xatirələrimizi qoyub çıxdığımız doğma yurda qayıdış böyük duyğudur – Laçın sakini

Bakı. TurkicWorld:

Ağrı-acılarla uşaqlıq arzularımızı qoyub çıxdığımız doğma Laçına geri dönüş böyük duyğudur.

Bunu TurkicWorld-ə açıqlamasında Laçın sakini Əlfaim Bağırov deyib.

Onun sözlərinə görə, Laçını 14 yaşında tərk edib. Qaçqınlıq, məcburi köçkünlük həyatı çox ağrılıdır. Hamıya əbədi olaraq öz torpağında yaşamağı arzulayır.

“Laçına döndükdən sonra təhsil aldığım 1 nömrəli məktəbə gedəcəyəm. O məktəb ermənilər tərəfindən dağıdılıb, məhv edilib. Daha sonra isə baba yurdunu, qəbirləri ziyarət edəcəyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Prezidentimizə, ordumuza öz təşəkkürümü bildirirəm. Allah onları qorusun”, - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.

Mövzuya görə xəbərlər