Ötən həftə azad edilmiş ərazilərdə daha 139 mina aşkarlanıb

Ötən həftə azad edilmiş ərazilərdə daha 139 mina aşkarlanıb

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.02.2024 - 25.02.2024) açıqlanıb.

ANAMA-dan TurkicWorld-ə verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 95 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 112 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.