Ermənistan bizim üçün təhdid deyil - Fərid Şəfiyev

Ermənistan bizim üçün təhdid deyil - Fərid Şəfiyev

Bakı. TurkicWorld:

Biz əmin olmalıyıq ki, bundan 20 il sonra da Ermənistan bizim üçün bir təhdid deyil.

Bu sözləri,TurkicWorld-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Təəssüflər olsun ki, Qərb Ermənistanı silahlandırır. Ermənistanın qanunvericiliyində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu səbəbdən Ermənistan ilk növbədə konstitusiyasını dəyişdirməlidir”,- deyə o bildirib.

Fərid Şəfiyev qeyd edib ki, Ermənistan, Azərbaycana təzyiq göstərmək istəyir, hansı ki bu məsələdə Fransa onun ən böyük dəstəkçisidir.

Aytac Süleymanova

Twitter: a_alieva_