Azərbaycan yığması Litvanı sınağa çəkəcək

Azərbaycan yığması Litvanı sınağa çəkəcək

Bakı. TurkicWorld:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.

İdman.biz xəbər verir ki, Samir Əliyevin yetirmələri Litva yığması ilə üz-üzə gələcək.

Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan oyunda komandamız qələbə arzusundadır.

Yoxlama oyunu
17 noyabr
18:00 Azərbaycan-Latviya
Baş hakim:
Əkbər Əhmədov
Bakı. “Dalğa Arena”

Qeyd edək ki, millimiz AÇ-nin seçmə mərhələsində noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Bakı vaxtı ilə saat 22:00-da Ukrayna yığması ilə qarşılaşacaq.

İdman.biz