“Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar görüş keçirilib

“Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar görüş keçirilib

Bakı. TurkicWorld:

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid" layihə sənədinin hazırlanması ilə əlaqədar olaraq UNEP və "REC Caucasus" beynəlxalq məsləhətçi şirkətin nümayəndələri ilə görüş keçirilib.

TurkicWorld xəbər verir ki, görüşdə "Elektromobillik üzrə Milli Plan"ın hazırlanması layihəsi ilə UNEP tərəfindən həyata keçirilən layihə ilə əlaqədar məsələlər barəsində qarşı tərəflə müzakirələr aparılıb.

Azərbaycanda yaşıl enerjinin şəbəkədə payının artırılması istiqamətində Energetika Nazirliyi tərəfindən görülmüş işlər haqqında məlumatlar verilib.

"Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid" layihəsinin 2024-2025-ci il ərzində başa çatdırılmasının planlaşdırıldığı bildirilib.

Qarşı tərəf Milli Planın hazırlanması üzrə görüləcək tədbirlərin UNEP tərəfindən həyata keçirilən layihəyə müstəsna töhfə verəcəyini qeyd edib.

Görüşdə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində "Elektromobillik üzrə Milli Planın hazırlanması" ilə əlaqədar Energetika Nazirliyinin müvafiq əmri yaradılmış İşçi qrupun üzvləri iştirak edib.