Son dəqiqə

Azərbaycan Neftçilər Günü

Azərbaycan çempionatı “Neftçi”nin oyunu ilə başlayacaq

Bakı. TurkicWorld:

Kişi voleybolçular arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünün start tarixi dəqiqləşib.

İdman.biz xəbər verir ki, Yüksək Liqanın ilk oyunu noyabrın 16-da baş tutacaq.

I tur çərçivəsində “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər. Qarşılaşma 15:00-da başlayacaq. Ardınca saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər.

Hər iki görüş GİN-in Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, turun və kişilər arasında ölkə çempionatının ilk qarşılaşması “Neftçi” - “Murov Az Terminal” “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

İdman.biz

Mövzuya görə xəbərlər