Azərbaycanlı hakim Qazaxıstanda xüsusi mükafata layiq görülüb

Azərbaycanlı hakim Qazaxıstanda xüsusi mükafata layiq görülüb

Bakı. TurkicWorld:

Stolüstü tennis üzrə beynəlxalq dərəcəli referi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

İdman.biz xəbər verir ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub.

2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan ədalət təmsilçisi Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi yarışlarda iş başında olub.

Təcrübəli referi, həmçinin Avropa Çempionlar Liqasının final görüşünə də baş hakimlik edib.

İdman.biz