Son dəqiqə

Azərbaycan Azərbaycan Atçılıq Federasiyası atçılıq idmanı

“Xankəndi Kuboku”nun qalibi bəlli olub

Bakı. TurkicWorld:

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalının 3-cü günü – cıdır və yorğa yarışları keçirilib.

İdman.biz xəbər verir ki, 5-i Qarabağ və Dilbaz atlarının qaçışları və 6-sı yorğa yarışları olmaqla ümumilikdə 11 kubok uğrunda mübarizə aparılıb.

Qaçışlar 1000, 1400, 1600, 1800, 2000, 2400 və 3200 m məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunub.

Qaçışların nəticələri aşağıdakı kimi olub:

1600 m məsafədə: dayçalar arasında yorğa qaçışı – “Kəlbəcər Kuboku”, qalib atın adı Sultan, sahibi Müşviq Əliyev, çaparı Əli Məmmədov - Bakı şəhərini və Binə Atçılıq Mərkəzini təmsil edib;

2000 m məsafədə: erkək və dişi Qarabağ atları arasında cıdır yarışı – “Zəngilan Kuboku”, qalib atın adı Spartak, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

1600 m məsafədə: atlar arasında yorğa qaçışı – “Laçın Kuboku”, qalib atın adı Tərtər, sahibi və çaparı Nurlan İmamverdiyev, Bakı şəhərini və Maştağa kəndini təmsil edib;

2000 m məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Füzuli Kuboku”, qalib atın adı Luna, sahibi və məşqçisi Fəxrəddin Atayev, çaparı Vüsal Nəzərov;

1800 m məsafədə: atlar arasında yorğa qaçışı – “Qubadlı Kuboku”, qalib atın adı Sarıat, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib;

1800 m məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Cəbrayıl Kuboku”, qalib atın adı Nil, sahibi Rövşən Fərhadov, çaparı Rauf Tahirov, məşqçisi Emin Atayev;

2400 m məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdam Kuboku”, qalib atın adı Ağçınqıl, sahibi Samir Abbasov, çaparı Xəlil Allahverdiyev, Gəncə şəhərini və Yurd Atçılıq Klubunu təmsil edib;
1400 metr məsafədə: erkək və dişi Dilbaz atları arasında cıdır yarışı – “Xocavənd Kuboku”, qalib atın adı Bayraktar, sahibi Rəşad Əhmədov, çaparı Orxanbəy Hacıyev, məşqçisi Ramiz İbrahimov;

3200 m məsafədə: atlar arasında yorğa qaçışı – “Ağdərə Kuboku”, qalib atın adı Püsat, sahibi və çaparı Ceyhun Cabbarov, Bərdə rayonunu təmsil edib;

1000 m məsafədə: erkək, dişi və axta Qarabağ atları arasında cıdır yarışı – “Şuşa Kuboku”, qalib atın adı Dül-dül, sahibi Sərhədçi Atçılıq Klubu, çaparı Orxan Cəfərov, məşqçisi İmran Əhmədli;

2000 m məsafədə: atlar arasında yorğa qaçışı – “Xankəndi Kuboku”, sahibi və çaparı Vüsal Əzimov, Bərdə rayonunu təmsil edib.

İdman.biz

Mövzuya görə xəbərlər