Bakı. TurkicWorld:
Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu keçirilib.
İdman.biz xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində yerli komanda “Neftçi”ni qəbul edib.
İlk turda məğlub olan Bakı təmsilçisi ilk qələbəsinə sevinib. Onlar rəqiblərini 90:56 hesabı ilə məğlub ediblər.
"Cəlilabad"dan Rişon Conson (38 xal, 8 ribaund), "Neftçi"dən Maykl Karter (19 xal, 4 ribaund) ən məhsuldar basketbolçular olublar.
Azərbaycan Basketbol Liqası
4 noyabr
14:00. “Cəlilabad” – “Neftçi” – 56:90
Cəlilabad Olimpiya İdman Kompleksi
Qeyd edək ki, turun son - "Şəki" - "Sərhədçi" matçı noyabr 5-də baş tutacaq.
İdman.biz





