Bakı. TurkicWorld:
Bu gün Azərbaycan Basketbol Liqasında I tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, ilk turun sonuncu matçında "Sabah" "Gəncə"nı sınağa çəkəcək.
Ötən mövsümün final seriyasında çıxış edən komandaların duelində Bakı təmsilçisi şanslı görünür.
Azərbaycan Basketbol Liqası
29 oktyabr
I tur
18:00. "Sabah" - "Gəncə"
"Sərhədçi" İdman Kompleksi.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Cəlilabad" "Sərhədçi"yə 86:76, "Xəzri" "Neftçi"yə 80:73, NTD-İNDİQO "Sumqayıt"a 97:79, "Xırdalan" isə "Şəki"yə 102:78 hesabı ilə qalib gəlib.







