Son dəqiqə

Azərbaycan Basketbol

Azərbaycan Basketbol Liqası: Xaçmazda və Bakıda ilk tur

Bakı. TurkicWorld:

Azərbaycan Basketbol Liqasında I turun daha 2 oyunu keçiriləcək.

İdman.biz xəbər verir ki, matçlardan biri Xaçmazda, digəri Bakıda baş tutacaq.

Paytaxtda “Xırdalan” “Şəki”ni sınağa çəkəcək. Xaçmazda isə NTD-İNDİQO “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Basketbol Liqası
I tur
28 oktyabr
15:00. “Xırdalan” - “Şəki”

“Sərhədçi” İdman Kompleksi

15:00. NTD-İNDİQO - “Sumqayıt”
Xaçmaz Olimpiya İdman Kompleksi

Qeyd edək ki, digər oyunlarda “Cəlilabad” “Sərhədçi”yə 76:86, “Neftçi” “Xəzri”yə 73:80 hesabı ilə uduzub. Tura oktyabrın 29-da “Gəncə” və “Sabah”ın matçı ilə yekun vurulacaq.

Mövzuya görə xəbərlər